Toy yeməyinə narkotik qatan qadın saxlandı
23 aprel 2022 02:48 (UTC +04:00)

Toy yeməyinə narkotik qatan qadın saxlandı

ABŞ polisi öz toyunda yeməklərə marixuana qatan qadını həbs edib.

Lent.az-ın xəbərinə görə, Florida ştatında  toya gələnlər özlərində qəribə hal hiss ediblər. 

Kiminin ağlına axmaq idetyalar gəlib, kimisinin başı gicəllənib, ya da ayaq üstə dura bilməyib. Lakin işin üstü ertəsi gün açılıb.
Qadının toyda iştirak edən dayısının halı pisləşsə də, arvadının vəziyyəti daha ağır olub. Təcili yardımla xəstəxanaya çatdırılan qadının qan analizi zamanı narkotik vasitə üzə çıxıb. Sağlam həyat tərzi keçirən qadının qonaqlıqdakı yeməklə narkotik vasitə qəbul etdiyi aşkara çıxdıqdan sonra polis hamını müayinəyə göndərib və nəticə eyni olub. Bu səbəbdən qadın həbs edilib, işə yaxın günlərdə məhkəmə qərar verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3168

Oxşar yazılar