Toruna qızıl balıq düşdü -  FOTO
08 iyul 2021 05:15 (UTC +04:00)

Toruna qızıl balıq düşdü - FOTO

ABŞ-ın Virciniya ştatından olan balıqçı rekord ölçüsü olan qızıl balıq tutub. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Çesterfild şəhərindən olan Ceremi Fortner Potomak çaıyının qolunda balıq tutarkən nəhəng bir qızıl balığı ovlaya bilib. Onun çəkisi 1,6 kiloqram, uzunluğu 40 santimetrdən çoxdur. 

Ştatın təbii ehtiyatlar departamentində onun Virciniyada ən böyük qızıl balıq olduğunu etiraf ediblər. Ehtimal edilir ki, balıq əvvəlcə akvariumda saxlanılıb, sahibi sonradan su hövzəsinə burasıb. 

Qızıl balıqların uzunluğu adətən 15 santimetrdən böyük olmur, çəkisi isə 350 qrama qədər çatır. Eyni zamanda 48 santimetrə qəzər uzunluğu olan xüsusi balıqlar da məlumdur. 
 

# 3048
avatar

Oxşar yazılar