Təyyarədə PİŞİYİ ƏMİZDİRDİ  - Pilot dərhal əlaqəyə çıxdı...
27 noyabr 2021 17:34 (UTC +04:00)

Təyyarədə PİŞİYİ ƏMİZDİRDİ - Pilot dərhal əlaqəyə çıxdı...

Amerikanın “Delta Airlines “aviaşirkətinə məxsus təyyarənin sərnişinlərindən biri təyyarədə öz pişiyini əmizdirib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qadın ev heyvanı ilə ABŞ-ın Corciya ştatının Atlanta şəhərinə uçub. 

Uçuş zamanı o, pişiyi çantadan çıxararaq əmizdirib. Lakin ekipajın xahişinə baxmayaraq, ev heyvanını yenidən çantasına qoymayıb.

Nəticədə təyyarənin pilotu qadının pişiyi daşıyıcıya qaytarmaqdan imtina etməsi barədə məlumatı hava limanına ötürüb. Enişdən sonra qadına təhlükəsizlik işçiləri tərəfindən xəbərdarlıq edilib.
 

# 5583
avatar

Oxşar yazılar