Təyyarə ilə ABŞ-a qaçmaq istədi - Dovşanla tualetdə...
08 aprel 2021 19:54 (UTC +04:00)

Təyyarə ilə ABŞ-a qaçmaq istədi - Dovşanla tualetdə...

Rusiya hava şirkətlərindən birinin texniki təyyarənin tualetində gizlənib dovşanı ilə birgə ABŞ-a uçmaq istəsə də, rəisinin zəngindən sonra ələ keçib. 

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, o, aprelin 2-də gizlincə ABŞ-a getmək qərarına gəlib. Kişi bunu etmək üçün səfərdən əvvəl "cəsarət üçün" spirtli içki qəbul edərək Mayamiyə uçacaq laynerə xidmət edərkən tualetdə gizlənib.

Ancaq sənədlərini unudub - onları girişdə qoyub geri götürməyib və bununla da özünü ələ verib. Uçuşdan bir müddət əvvəl rəisi ona zəng edərək izahat tələb edib. Texnik yalan danışmayıb və birbaşa niyyətini açıqlayıb.

Polislər onu uçuşa bir dəqiqə qalmış təyyarədən düşürüblər. Onun hansı formada cəzalandırıldığı açıqlanmır.

# 3066
avatar

Oxşar yazılar