Tesla sahiblərinin ən böyük narahatlıqlarından biri batareyanın tam boşalmasıdır.
Lent.az xəbər verir ki, Model Y-nin təlimatına görə, batareya 0%-ə düşdüyü zaman nəqliyyat vasitəsinin aşağı gərginlikli batareyası da dəstəyi kəsir və avtomobil artıq yüksək gərginlikli batareyadan şarj qəbul edə bilmir.
Bu halda maşını yalnız xarici enerji mənbəyi ilə işə salmaq və ya evakuatorla daşımaq mümkündür.
Tesla-nın batareya idarəetmə sistemi 0%-də belə çox az ehtiyat enerji saxlayır. İstifadəçi rəylərinə əsasən, bəzi hallarda 0%-dən sonra 3–10 km yol gedilə bilər, lakin bu zəmanətli deyil.
Ehtiyat enerji də bitdikdə avtomobil mərhələli şəkildə sistemləri söndürür, “sürmək mümkün deyil” xəbərdarlığı verir və park vəziyyətinə keçir.
Aşağı gərginlikli batareya da boşalarsa, avtomobil kilidlənə bilər və şarj cihazına qoşulması belə mümkün olmaya bilər.