Telefonları  soyuducuya qoymaq   düzgündürmü?
06 iyun 2023 18:55 (UTC +04:00)

Telefonları soyuducuya qoymaq düzgündürmü?

Yay aylarında bir çox smartfon sahibləri cihazın həddindən artıq isinməsindən narahatlıq keçirirlər. 

Lent.az xəbər verir ki, əgər cihazın səth istiliyinə məhəl qoymasanız, o zaman batareya ilə bağlı ciddi problemlər yarana bilər. Hətta bu zaman smartfon tamamilə sıradan çıxa bilər.

İnternetdə bununla bağlı bir neçə tövsiyəyə rast gəlinir. Məsələn, bunlardan biri də səth çox isindikdə onun soyuducuya qoyulmasıdır. Cib telefonu soyuyacaq, sonra isə guya problem həll olunacaq.

Ancaq bu doğru deyil. Cihaz soyuducuya daxil olan zaman smartfon ciddi temperatur düşməsi ilə üzləşəcək. Smartfonun vəziyyətinə son dərəcə mənfi təsir göstərəcək. Bu zaman telefonunuzu aça bilməyəcəksiniz.

Birincisi, smartfon şarj olunursa, şarj cihazını söndürməlisiniz. İkincisi, örtüyü çıxarmağa çalışın. 

Üçüncüsü, mobil telefonu sərin yerə qoymaq lazımdır. Söhbət pərdəli pəncərələri olan və ya kondisioneri işə salınmış otaqdan gedir.

Amma cihazı soyuducuya qətiyyən qoymaq olmaz.  
 

# 1590
avatar

Sevinc Fərid

Oxşar yazılar