Bir çox insan "təşəkkür edirəm" sözünü eşidəndə belə cavab verir: "Dəyməz", “ Boş şeydir" və ya "Təşəkkür etmək lazım deyil".
Lent.az-ın xəbərinə görə, psixoloqlar bu cavab variantlarının düzgün olmadığını bildiriblər.
Çünki təşəkkür qarşılığında deyilən “dəyməz” ifadəsi göstərilən yardımı dəyərsizləşdirir. Müəyyən bir problemin həllinə töhfə verən şəxs əslində onun töhfəsinin əhəmiyyətsiz olduğunu etiraf edir.
Minnətdarlığa necə düzgün cavab vermək olar?
"Xoş oldu", “Kömək etməyə şadam” demək daha yaxşı cavabdır.