Ulduzlar sistemində beşinci yeri tutan Şir bürcü təxminən iyulun 23-dən avqustun 22-nə qədər olan dövrü əhatə edir. Günəşin idarə etdiyi, od qrupuna aid olan şir bürcləri insanları asanlıqla təsiri altına almaqları ilə tanınır.
Bəs, ayrılıqda şir bürcünün kişi nümayəndələrinin xarakteri necədir?
Lent.az onların xarakterlərini təqdim edir:
Şir bürcü kişiləri mərd və əyləncəli xarakterləri ilə ön plana çıxır. Liderlik özəllikləri ilə bilinən bürcün nümayəndələri buna görə çox vaxt səhv anlaşılır. Şir bürcünün kişiləri özünə inam baxımından digər insanları geridə qoyur. Böyük özgüvənə sahib olan şirlər həmçinin xarici görünüşü ilə də diqqətləri öz üzərinə çəkməyi bacarır.
Şir bürcü kişilərinin ən müsbət xüsusiyyətlərindən biri onların vicdanlı və ürəyiyumşaq olmaqlarıdır. Bürcün yardımsevər nümayəndələri insanlara kömək etmək, onların rahatlığını təmin etməyə istəklidirlər. Bununla yanaşı, onlar davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəslidirlər.
Şir bürcü kişilərinin mənfi xüsusiyyətləri arasında əsas yeri onların eqoist olmaları tutur. Maliyyə məsələlərində çox əliaçıqdırlar. Buna görə gələcək üçün investisiya qoymaq, pul yığmaq baxımdan çox da yaxşı deyillər. Rahatlıqlarını heç nəyə qurban vermirlər.
Şir bürcü kişilərinin eşq həyatı aktivdir. Onlar qarşı cinsi asanlıqla heyran edə, özlərinə bağlaya bilirlər. Buna görə onlar münasibətlərdə qısqanc biri ilə birlikdə olmurlar. Sevgi münasibətlərində baş döndürən təsiri olan şir bürcü kişiləri, həqiqətən aşiq olmalıdır.
Əgər şir bürcü kişisi qarşı tərəfə yaxınlaşmağı qərar veribsə, bunun qarşısını heç kəs ala bilməz. Xoşuna gələn qadını əldə etmək üçün bütün çəkiciliyi və enerjisini istifadə edərək istədiyinə nail olmağı bacarır.
Şirlər iş həyatlarında da çalışqan olan bürclər arasındadır. Həm özünü, həm də ətrafdakı insanları yaxşı yaşatmaq üçün çox çalışır. Onlar əsasən ticarət, idarəetmə və beynəlxalq sektorlarda çox uğur qazanır. Ticarət işlərində çox bacarıqlı olduqlarını xüsusi qeyd etmək lazımdır. Onlar özlərini sübut etmək üçün əzmkardırlar.