Parapsixoloqlar sevdiyiniz insanı yuxunuza gətirmək üçün müxtəlif yollar təklif edir. Bunun psixoloji və mistik metodlarla mümkün olduğunu deyirlər.
Sevgilini yuxuda görməyin ən asan, psixoloji üsulu vizualizasiya adlanır. Bunun üçün yatmazdan əvvəl sevdiyiniz insanı gözünüzün önünə gətirsəniz və onunla danışdığınızı, birlikdə olduğunuzu təsəvvür etsəniz, yuxunuzda həmin insanı görmə ehtimalınız yüksəkdir.
İkinci psixoloji üsul düşüncələrdir. Sevdiyiniz şəxsi yuxuda görmək istəyirsinizsə, gün ərzində onun haqqında daha çox düşünün. Onunla bağlı xatirələrinizi xatırlayın, onunla bağlı arzularınızı xəyal edin. Bu, yuxunuzda həmin insanı görmə ehtimalınızı artırır.
Üçüncü və ən vacib məsələ yuxu rejimidir. Yuxu rejiminizə diqqət yetirsəniz, yuxunuzu qaydasına salsanız, görmək istədiyiniz insanı arzulamaqla yuxuya gətirə bilərsiniz.
Bunlar sadə və psixoloji üsullardır. Sevgilinizlə yuxuda görüşmək üçün mistiklərin və parapsixoloqların da öz metodları var. Bəzi insanlar sevdikləri insanı yuxularına gətirmək üçün müxtəlif mistik yollara müraciət edirlər. Bu yolların bir çoxu inanclara və magiyaya əsaslanır.
Mistik üsulların ən geniş yayılmış forması dualar və sehirli sözlərdir. Qədim dövrlərdə kahinlər və magiya ilə məşğul olan sehrbazlar onlara müraciət edən şəxsi yuxuda sevdiyi insanla görüşdürmək üçün müxtəlif dualar və sehrdən istifadə edirdilər. Bu üsulların ən geniş yayılmış forması hipnoz idi.
Sevgilisini yuxuda görmək istəyən insanlar bəzi hallarda rituallardan, ayinlərdən də istifadə ediblər. Azərbaycan xalq dastanlarında da yuxuda buta verilməsi – yəni, sevgili ilə yuxuda görüşmə kimi mifik epizodlar çoxdur.
Sevgilini yuxuda görmək üçün bir neçə yayğın inanclara nəzər salaq.
Güzgü ritualı:
Yatmazdan əvvəl güzgünün qarşısında oturub sevdiyiniz insanın adını pıçıldayın və onu yanınızda xəyal edin. Beləcə bir müddət güzgüyə baxıb onunla bağlı xəyallarınızı canlandırın.
Şam ritualı:
Yatmazdan əvvəl bir şam yandırın və sevdiyiniz insanın şəklini şama tutun. Onunla bağlı düşüncələrinizi və hislərinizi şama söyləyin. Şam sönənə qədər gözləyin və sonra yatın.
Balıncaltı ritualı:
Yatmazdan əvvəl balıncınızın altına sevdiyiniz insanın bir əşyasını (məsələn, şəklini, məktubunu və ya hədiyyəsini) qoyun. Bu, yuxunuzda həmin insanı görmə ehtimalınızı artırır.
Bitki ritualı:
Yatmazdan əvvəl yatağınızın yanına lavanda, yasəmən, çobanyastığı kimi sakitləşdirici çiçəklərdən qoyun və sevgilinizi yuxuda görməyi arzulayın. Bu bitkilərin ətri yuxunuzu şirinləşdirər və sevdiyiniz insanı yuxuda görmə ehtimalını artırar.
Psixoanalizə görə yuxular şüuraltı düşüncələrimizin və hisslərimizin təsviridir. Ona görə sevdiyiniz insanı yuxuda görmək istəyirsinizsə, onun haqda çox düşünməyə çalışın. Psixoloji yollar daha çox elmi əsaslara söykəndiyi üçün bu yolları sınamaq daha məqsədəuyğundur. Mistik yolların isə effektivliyi elmi cəhətdən sübut olunmayıb.