Səhvlərini etiraf etməyən  BÜRCLƏR – Özlərini həmişə haqlı görürlər
29 avqust 2024 18:41 (UTC +04:00)

Səhvlərini etiraf etməyən BÜRCLƏR – Özlərini həmişə haqlı görürlər

Elə insanlar var ki, onlar səhvlərini bilsə belə, heç vaxt etiraf etmirlər. Özlərini həmişə haqlı görürlər. 

Lent.az həmin bürcləri təqdim edir: 

Qoç

Qoçlar həmişə haqlı olduqlarını düşünürlər. Onların təbii enerjisi və qətiyyəti, ətrafdakı hər kəs bunun əksini söyləməyə çalışsa da, onları etdiklərinin doğru olduğuna inandırır. Onlar acı sona qədər mübahisə edə bilərlər. Amma səhv etdiklərini etiraf etməzlər.

Bu bürcün nümayənləri üçün bu, demək olar ki, mümkün deyil. Həqiqət zahirdə olsa belə, qalib kimi görünmək üçün vəziyyəti döndərməyin yolunu tapacaqlar.

Şir

Şirlər diqqət mərkəzində olmağı sevir və səlahiyyətlərinin sarsılmaz olduğuna inanırlar. Əgər Şir nəsə etdi və ya dedisə, deməli, onların fikrincə, bu, düzgün qərar idi.

Şirlər üçün səhvlərini etiraf etmək onların zəifliyini etiraf etmək deməkdir və bu, onların planlarının bir hissəsi deyil. Onlar qərarlarının səhv olduğunu qəbul etməkdənsə, mübahisəyə davam etməyi üstün tuturlar.

Əqrəb

Əqrəblər manipulyasiya və psixoloji oyun ustalarıdır. Özləri səhv olsalar belə, sözlərinizə və hərəkətlərinizə şübhə edə bilərlər. Güclü intuitiv zehni onlara öz inanclarında sarsılmaz edən arqumentlər tapmağa kömək edir.

Əqrəb heç vaxt öz səhvini etiraf etməyəcək və əgər bunu etsə, bu, yalnız vəziyyətə daha çox nəzarət etmək üçün olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12021
avatar

Sevinc Fərid

Oxşar yazılar