Şəhərdə  terror təşkil edən meymunlar   həbsxanaya düşdülər
30 may 2024 13:42 (UTC +04:00)

Şəhərdə terror təşkil edən meymunlar həbsxanaya düşdülər

Taylandın Lopburi şəhərinin hakimiyyəti nəzarətdən çıxan meymunları dəmir barmaqlıqlar arxasına salmaq qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, meymular Lopburinin canlı cazibəsi hesab olunur, ona görə də həm yerli sakinlər, həm də qonaqlar onları qidalandırırlar.

Bu səbəbdən meymunlar insanlardan qorxmağı dayandırıblar. Onlar yoldan keçənlərə hücum edir, dişləyir, yemək götürür və əşyalara ziyan vururlar. Şəhərdəki fəlakətli vəziyyətlə əlaqədar mağaza və kafelər bağlanıb, uşaqlara hücum edilib, yollarda hərəkət dayanıb. Turistlər də cəsarətli meymunlardan qorxmağa başlayıblar.

Terror törədən meymunların tutulması qərara alınıb. Bunun üçün şəhərdə yem rolunu oynayan meyvələri olan qəfəslər yerləşdirilib. Meymunların tələlərə öyrəşməsi və onlardan şübhələnməməsi bir neçə gün çəkib. Bir neçə gün ərzində qəfəslərdə 30-a yaxın meymun qalıb. Qəfəslər daha bir neçə gün küçələrdə qalacaq, daha sonra çıxarılaraq bir ay sonra təkrar ələ keçirmə əməliyyatı zamanı küçələrə qaytarılacaq. Səbəb odur ki, meymunlar çox ağıllı heyvanlardır.

Tutulduqdan sonra meymunlar yoxlanılacaq və sterilizasiya ediləcək. Bütün primatlara tatuaj vurulacaq ki, onlar izlənilə bilsinlər. Meymunlar sonradan zooparklara və qoruqlara köçürülə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Fidan İlqar

Oxşar yazılar