Şahzadə Harri şəxsi həyatı ilə bağlı yenə maraqlı açıqlamalar verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Harri bu dəfə gənclik illərində narkotik vasitələrindən istifadə etməsi barəsində danışıb.
Onun sözlərinə görə, anası Leydi Diananın ölümündən sonra özünə gələ bilməyib. Bu kədərin öhdəsindən gəlmək üçün çıxış yolunu narkotik maddələrdə görüb.
Şahzadə Harri həmin dövrlərdə kokain, marixuana, ayahuasca daxil olmaqla müxtəlif növ narkotik vasitələrdən istifadə etdiyini açıqlayıb.
Harri müsahibəsi zamanı gənclərin bu maddələrdən uzaq olmağa çağırıb.
“Mən heç vaxt bunu əyləncə üçün istifadə etməyi məsləhət görməzdim. Bu vasitələrdən bacardıqca uzaq olun”.