Şahzadə Diananın əşyaları 5 milyona satıldı -FOTO
30 iyun 2024 07:16 (UTC +04:00)

Şahzadə Diananın əşyaları 5 milyona satıldı -FOTO

Şahzadə Diananın məktubları və paltarlarından ibarət kolleksiya hərracda 5 milyon dollara satılıb.

Lent.az xəbər verir ki, Şahzadə Diananın gözləntilərin çox üzərində satılan əşyalarından biri də onun məşhur qara paltarı olub ki, sözügedən paltar 910 min dollara satılıb ki, bu da gözləniləndən 4.5 dəfə bahadır.

Qeyd edək ki, 1997-ci ildə dünyasını dəyişən şahzadə Diananın geyim və məktub kolleksiyası satışa çıxarılıb.

"Şahzadə Diananın zərifliyi və kral kolleksiyası" adlı kolleksiya Kaliforniyada təşkil edilən hərracda 5 milyon dollara satılıb.

Şahzadə Diananın kolleksiyasından əldə olunan gəlirin bir hissəsi əzələ xəstəlikləri ilə mübarizə aparan insanlara yardıme dən “Muscular Dystrophy UK” xeyriyyə təşkilatına bağışlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar