Yol qəzasında dünyasını dəyişən şahzadə Diananın yaxın mühafizəçisi Li Sansum xatirələrindən bəhs edən kitab yazıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kitabın bir hissəsində qəzanın baş verdiyi gecəni təsvir edən Sansum yazıb: “Mən olsaydım, bu gün sağ olardı”.
Nikol Kidman, Tom Kruz, Pele, Silvestr Stallone kimi məşhurların da mühafizəçisi olan “Rambo” ləqəbli Li Sansum, "Qəza zamanı təhlükəsizlik kəmərlərinin bağlanmadığını biləndə çox pis oldum”, - fikrini də kitabda qeyd edib.