Romantik istirahət   üçün dünyanın ən yaxşı yerləri -  SİYAHI
18 may 2023 07:45 (UTC +04:00)

Romantik istirahət üçün dünyanın ən yaxşı yerləri - SİYAHI

Unikal təbiət mənzərələri ilə İslandiya birlikdə macəra axtaranlar üçün mükəmməl məkan kimi reytinqdə birinci yerdədir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “StressFreeCarRental.com” komandası İslandiyanı dünyanın ən yaxşı romantik istirahət məkanı adlandırıb.

Unikal təbiət mənzərələri ilə bu heyrətamiz şimal ölkəsi birlikdə macəra axtaranlar üçün ideal məkan kimi reytinqdə birinci yeri tutub.

"Möhtəşəm buzlaqları, şəlalələri və lava sahələrini kəşf etmək və günü nəfəs kəsən Şimal işıqları ilə başa vurmaq sevdiyiniz insanla səyahəti valeh edəcək. Turistlər həmçinin unikal romantik açıq hava təcrübəsi üçün Mavi qaquna baş çəkə bilərlər", - ekspertlər qeyd edirlər.

İkinci və üçüncü yerləri daha aydın romantik istiqamətlər tutublar - İtaliyanın Venesiya və Fransanın Nitsa şəhərləri. Birinci halda, heyrətamiz memarlığı və çoxsaylı su kanalları ilə şəhər turistlərə romantik gəzintilər üçün ideal şərait təklif edir, ikinci halda isə sevgililər çimərlik tətili üçün ən yaxşı şəraitə malikdirlər.

Dünyanın ən romantik istirahət yerləri

1. İslandiya

2. Venesiya (İtaliya)

3. Nitsa (Fransa)

4. Skay adası (Şotlandıya) 

5. Hamilton adası (Avstraliya)

6. Nyu-York (ABŞ)

7. Sevilya (İspaniya)

Maraqlıdır ki, ilk 7-likdə hamılıqla tanınan sevgi paytaxtı - Fransanın Paris şəhəri üçün yer yoxdur.

Portuqaliyanın paytaxtı Lissabon daha əvvəl Avropanın ən romantik paytaxtları reytinqində milyon nəfərə düşən romantik restoran və otellərin sayının ən çox olduğu şəhər kimi birinci yerdə idi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700
avatar

Oxşar yazılar