Qocalar evində  öldüyü   elan edildi: 74 yaşlı qadın dəfndə dirildi
20 iyun 2024 19:42 (UTC +04:00)

Qocalar evində öldüyü elan edildi: 74 yaşlı qadın dəfndə dirildi

74 yaşlı Konstans Qlanzın qocalar evində səhvən öldüyü elan edilib. Lakin o, gözlənilmədən ABŞ-ın Nebraska ştatının Linkoln şəhərindəki Butherus-Maser və Love dəfn evində oyanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dəfn evinin işçiləri öldüyünü düşündükləri qadının həqiqətən nəfəs aldığını aşkar edəndə şoka düşüblər.

Onlar təcili olaraq ilkin tibbi yardım edib, süni tənəffüs veriblər. Eyni zamanda, təcili yardım və polis çağırıblar. Cənazə evindən xəstəxanaya aparılan qadının daha sonra ikinci dəfə öldüyünü təsdiqlənib.

"Bu, çox qeyri-adi bir haldır. Mən 31 ildir dəfn evində işləyirəm, əvvəllər belə bir şey olmamışdı", - baş müavini Ben Qauchin deyib.

Hüquq-mühafizə orqanları istintaqın davam etdiyini, lakin hazırda kiminsə qadına qəsdən hər hansı bir şey etdiyini göstərən heç bir sübut olmadığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2493
avatar

Fidan İlqar

Oxşar yazılar