89 yaşlı Douq Bethel 1948-ci ildən bəri Liverpulda (İngiltərə) eyni evdə yaşayır və bütün bu müddət ərzində evdə heç bir dəyişiklik etməyib. Əvvəllər qaz mühəndisi olan Douq deyir ki, ev çoxlu xoşbəxt xatirələrlə doludur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o hələ də valideynləri və altı qardaş-bacısı ilə böyüdüyü evdə yaşayır.
72 il əvvəl onlar bu beş otaqlı, iki mərtəbəli terraslı evi cəmi 800 funta alıblar.Tez-tez dənizdə olduğu üçün heç vaxt ailə qurmayıb. Lakin vəfat edənə qədər valideynləri ilə birlikdə yaşamağa qərar verib. Evdə mümkün qədər çox xoşbəxt xatirələr saxlamaq istəyən Douq 60 ildən çox müddət ərzində heç nəyi dəyişməyib. Evdə uşaqlıq yataq otağını, orijinal mətbəxini və sobasını saxlayıb. Orada mərkəzi istilik sistemi yox idi. Keçən ilə qədər mənzillər yalnız kömürlə qızdırılırdı.
"Yataq otaqları uşaqlığımızdakı kimidir. Evi aldığımız zaman evdə olan bütün orijinal qapılar, tavanlar və döşəmələr bizdə hələ də var. 10 il əvvəl biz 1950-ci ildən istifadə etdiyimiz köhnə prizlərdən indi gördüyünüz müasir üç rozetka sisteminə keçərək elektrikləri dəyişdik. Mebellər çox köhnədir. O qeyd edib ki, həyatının ən gözəl dövrləri bu evdə böyüdüyü 50-ci illər olub".