Qeyri-adi gözəllik kraliçası  seçildi
04 iyul 2024 19:26 (UTC +04:00)

Qeyri-adi gözəllik kraliçası seçildi

Tatarıstanda qeyri-adi gözəllik müsabiqəsi keçirilib və  regionda ən gözəl Holşteyn-Friz inəyi seçilib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, müsabiqədə südlük cinsdən olan düyələrin - hələ bala verməmiş cavan inəklərin iştirak etdiyi bildirilir. İnəklər Macarıstanın Holşteyn-Friz Mal İstehsalçıları Milli Assosiasiyasının beynəlxalq qiymətləndiricisi Şebek Tamaşın da daxil olduğu bir qrup münsif tərəfindən qiymətləndirilib.

Münsiflər heyəti inəkləri bir neçə meyar əsasında qiymətləndirib. Belə ki, heyvanların köklüyünə, bədəninin dərinliyinə və sinəsinin eninə diqqət yetirbşlər. Temperamenti və yerişi qiymətləndirmək üçün inəkləri arenada gəzdiriblər. Bu zaman münsiflər heyvanın həmin şəxsin verdiyi istiqamətdə yeriyə bilib-bilmədiyini və onun tempi saxlayıb-saxlamadığını qeyd ediblər.

Üç finalçı olub: “Tan” kənd təsərrüfatı istehsal kooperativindən bir inək bürünc, “Krasnıy Vostok Aqro”dan bir inək gümüş, Ural kənd təsərrüfatı istehsalı kompleksindən bir düyə bu gözəllik müsabiqəsinin kraliçası kimi tanınıb.

Müsabiqənin qalibi, eləcə də gümüş və bürünc medalçılar oktyabrın əvvəlində Moskvada keçiriləcək “Qızıl payız” müsabiqə-sərgisində iştirak edəcəklər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar