Qəribə şirniyyatlar   - Qızarmış yarpaq, şokoladlı çəyirtkə
30 mart 2023 15:43 (UTC +04:00)

Qəribə şirniyyatlar - Qızarmış yarpaq, şokoladlı çəyirtkə

Lent.az dünya xalqlarının qəribə şirniyyatları barədə maraqlı faktları təqdim edir.

Yaponlar qızardılmış ağcaqayın yarpağı yeməyi sevirlər. Əvvəlcə yarpaqları bir qaba yığıb duzlayır, sonra unlayıb qızardırlar.

Şotlandlar şokoladı vafli tozuna bulayaraq qızardıb yeməyi sevirlər.

Tailandda çəyirtkələri qızardır, şokolad sousuna batıraraq hazırlayırlar. Bu bahalı şirniyyat hesab olunur.

Malayziyada lobyanı əzib buza qataraq yeməyi sevirlər. Bu desertin üzərinə meyvə şirəsi tökülür.

Çinlilər isə lobyadan  hazırlanmış marmeladdan ləzzət alırlar.


 

# 2085
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar