Qəhvə beyinə necə təsir  edir? – Maraqlı araşdırma
01 fevral 2025 17:11 (UTC +04:00)

Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma

Yeni bir araşdırmaya görə, müntəzəm qəhvə istehlakı yaşlı insanlarda demans riskini azalda bilər, lakin bu, yalnız şəkərsiz, kofeinli qəhvəyə aiddir.

Lent.az-ın məlumatına görə, qəhvə istehlakı ilə demans riski arasında əlaqə Böyük Britaniyada 40-69 yaş arasında olan 200.000-dən çox insanın tibbi məlumatlarının təhlili zamanı aşkar edilib. 

Tədqiqatçılar bu insanların nə qədər tez-tez qəhvə içdiklərini, həmçinin tədqiqata başladıqdan sonra doqquz il ərzində onlara demans diaqnozu qoyulub-olmadığını araşdırıblar.

Tədqiqat məqaləsində deyilir: "Kofeinli qəhvənin, xüsusilə də şəkərsiz qəhvənin istehlakı Alzaymer, eləcə də Parkinson xəstəliyinin inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir. Bununla belə, şirinləşdirilmiş qəhvə üçün belə bir əlaqə müşahidə edilməyib".

Tədqiqat iştirakçıları istehlak etdikləri qəhvə miqdarına görə beş qrupa bölünüblər: kofe içməyənlər, gündə 0-1 stəkan içənlər, 1-2 stəkan, 2-3 fincan və 3 stəkandan çox içənlər.

Gündə 3 stəkandan çox qəhvə içən qrupda demensiyanın ən az rastlanması qeydə alınıb. Ümumilikdə, müntəzəm qəhvə içənlərin qəhvə içməyənlərlə müqayisədə Alzaymer xəstəliyinə tutulma riski 34%, Parkinson xəstəliyinə tutulma riski 37% və neyrodegenerativ xəstəliklərdən ölmə riski 47% daha az idi.

Tədqiqatçılar kofeinin beyinə qoruyucu təsir göstərə biləcəyini, şəkər və süni dadlandırıcıların isə onun faydalarını zəiflədə biləcəyini irəli sürürlər. Ancaq bu fərziyyələri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar