Qədim Roma dövrünə aid xəzinə tapıldı - İmperiyanın süqut səbəbi o imiş
05 sentyabr 2024 12:37 (UTC +04:00)

Qədim Roma dövrünə aid xəzinə tapıldı - İmperiyanın süqut səbəbi o imiş

İspaniyada inşaatçılar Roma İmperiyasının süqutunu izah edə biləcək xəzinələr tapıblar.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, tədqiqatçılar Kordovadakı qazıntı sahəsində metaləritmə zavodu olan qədim mədən şəhərinin yerləşdiyini ehtimal edirlər.

Kordovanın şimalında qaz kəməri çəkən işçilər Roma dövrünə aid qurğuşun külçələri aşkar ediblər və bu, imperiya dövründə zəhərli metal ticarəti ilə məşğul olunmasına dair ehtimallar yaradıb. Maqrib-Avropa qaz kəmərində aparılan işlər zamanı çəkisi 24 ilə 32 kq arasında olan üç üçbucaqlı külçə aşkar edilib. Bizim eranın birinci əsrinə aid külçələri təhlil edən arxeoloqlar deyirlər ki, Kordova qədim Qərb dünyasında əsas qurğuşun əritmə mərkəzi olub.

Fakt budur ki, qurğuşun Roma İmperiyasında geniş istifadə olunurdu. Aristokratlar bu metaldan mətbəx qablarından istifadə edir, ondan su boruları da düzəldirdilər. Bəzi varlı Romalılar hətta şərabı şirinləşdirmək üçün qurğuşun asetat əlavə edərək, bilmədən özlərini neyrotoksinlə zəhərləyirdilər. Bəzi tarixçilər hökmdarların geniş yayılmış qurğuşun zəhərlənməsinin qüdrətli Roma İmperiyasının süqutunda rol oynadığını irəli sürürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar