Ekvadorlu məşhur idman aparıcısı Keti Valensiya “Barcelona SC” – “Deportivo Kito” oyununda geyindiyi dekolteli libası ilə diqqət çəkib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Valensiya ölkəsinin ənənəvi "Noche Amarilla" (“Sarı Gecə”) tədbiri çərçivəsində keçirilən xüsusi oyunda iştirak edib. Onun canlı yayımda paltarını yoxladığı an kameralara düşüb.
Ölkəsinin ənənəvi "Noche Amarilla" (“Sarı Gecə”) tədbiri çərçivəsində keçirilən xüsusi oyunda meydan kənarında vəzifəsini yerinə yetirən Valensiya canlı yayım zamanı yarana biləcək hər hansı geyim probleminin qarşısını almaq üçün tədbir görüb. Onun mikrofonunu tutaraq paltarını yoxladığı an kameraya düşüb.
Paytaxt Kitoda ikinci dəfə təşkil edilən tədbir musiqi və əyləncənin ardınca yoldaşlıq oyunu ilə sona çatıb. Təşkilatçının sözçüsü vəzifəsini də icra edən Valensiya gün boyu yayımlarda iştirak edib.
Sosial media istifadəçiləri diktorun dəbli görünüşünə böyük maraq göstərərkən, tədbirin xüsusi qonağı 2000-ci ildə Avropa çempionatının finalında vurduğu qolla Fransaya çempionluğu gətirən əfsanəvi futbolçu David Trezege olub.
Ev sahibi komanda "Deportivo Kito" ilk hissədə vurduğu 3 qolla önə keçib. “Barselona SC” ikinci hissədə fərqi 1-ə endirə bilib.