Priqojinin  barmağını   kim kəsib?
25 iyul 2023 13:02 (UTC +04:00)

Priqojinin barmağını kim kəsib?

“Vaqner” muzdlular qrupunun rəhbəri Yevgeni Priqojin 1980-ci illərdə həbsxanada olarkən sol əlinin adsız barmağının falanqsını itirib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, beləliklə, digər məhbuslar onu həbsxana rəhbərliyi ilə əməkdaşlıq etdiyinə görə cəzalandırıblar.

Məlumata görə, bu hadisə onun ilk dəfə həbs olunduğu zaman olub. Priqojinin o zaman həbsxananın əməliyyatçıları ilə sıx əməkdaşlıqda olduğu, kamera daxili agent və satqın kimi ad çıxardığı bildirilir. Məhz bu “xidmətlərinə” görə digər məhbusların Priqojinin barmağını kəsdikləri iddia olunur. 

Digər məlumata görə, “Vaqner”in lideri sonradan barmağını kəsənlərdən qisas alıb və onlar artıq həyatda yoxdurlar. Barmağının həbsxanada kəsilməsinin Priqojinin psixi durumuna da ciddi təsir göstərdiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3225
avatar

Oxşar yazılar