Polis meymunları tutmaq  üçün axtarışlara başladı
09 noyabr 2024 13:51 (UTC +04:00)

Polis meymunları tutmaq üçün axtarışlara başladı

ABŞ-da tibbi araşdırmaların aparıldığı laboratoriyadan 43 meymun qaçıb. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, polis meymunların yerli əhali üçün təhlükə yaratmadığını bildirib və genişmiqyaslı axtarışlara başlayıb.

Səlahiyyətlilər yerli əhaliyə qapı və pəncərələri bağlı saxlamağı tövsiyə edib.

Meymunların ABŞ-ın Cənubi Karolina ştatında yerləşən “Alpha Genesis” adlı şirkətinə bağlı tədqiqat laboratoriyasından qaçdığı açıqlanıb. Yemassi polisi qaçaq meymunların təxminən 3,2 kq ağırlığında gənc və dişi olduğunu, həmçinin bölgədə tələlərin qurulduğunu, eləcə də meymunların termal kameralarla izləndiyini açıqlayıb.

Yemassi polis rəisi Qreqori Aleksandr mətbuat konfransında bildirib ki, meymunlar yerli sakinlər üçün təhlükə yaratmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar