Xorvatiyanın Zaqreb şəhərində marixuana muzeyi açılıb.
Lent.az-ın xəbərinə görə, yeni muzey paytaxtın baş polis idarəsinin qarşısında yerləşir.
250 kvadrat metrlik muzeydə narkotik vasitələrdən istifadə tarixi barədə danışılır, marixuanadan əldə edilən məhsullar (ip, parça, kosmetik yağ və s.) nümayiş etdirilir.
Muzeyin qurucusu bildirir ki, bu tip müəssisələr həm də insanları narkotik vasitə istifadəsindən çəkindirmək üçün vacibdir.
Qeyd edək ki, Xorvatiya narkotik vasitələrdən istifadəyə görə sərt cəzalara görə qonşularından seçilir.