Mütəxəssislər pişiklərin insanları sevib-sevmədiyini bilməyin yolunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, insanlar pişiklərin onlara olan münasibətinin necə olduğunu bəzən düzgün şərh edə bilmir.
Mütəxəssislərin fikrincə, pişiklər insanları sevmədiklərini müxtəlif yollarla göstərə bilərlər. Məsələn, dişləmək, cızmaq və ya fısıldamaq və s.
Belə hallarda çox da pis münasibət axtarmağa dəyməz. Ancaq heyvan hər hansı bir "yaxınlaşma" cəhdinə qarşı fısıldayırsa, o zaman bu yaxşı əlamət sayılmır.
Bundan əlavə, əgər pişik bir adamı görəndə quyruğunu pəncələri arasında sıxaraq qaçırsa, bu onda dərin inciklik və ya qorxu olduğunu bildirir. Ailə üzvləri ilə mehriban olan pişiklər xoşuna gəlməyən insana qəti məhəl qoymur. Onunla ünsiyyətdən qaçır və ətrafda olmamağa çalışırlar.
Bunun bir çox səbəbi ola bilər. Məsələn, bir heyvan sərt ətir, yüksək səs, qəfil hərəkətlər, eləcə də qonaqlarla səs-küylü yığıncaqlar və ya pişiyin dincliyini pozan bəzi digər hərəkətlər üçün insanları sevməyə bilər.