Pişiklərin dırnaqlarını kəsmək qadağan edildi – TEZİS VƏ ANTİTEZİS
01 may 2022 08:13 (UTC +04:00)

Pişiklərin dırnaqlarını kəsmək qadağan edildi – TEZİS VƏ ANTİTEZİS

ABŞ-ın Merilend ştatında pişiklərin dırnaqlarını kəsmək qadağan edilib.

Lent.az-ın xəbərinə görə, yeni qanun oktyabrda qüvvəyə minəcək.

Bu əməliyyat dünyanın əksər ölkələrində qadağan edilib. ABŞ-da isə oxşar qanun ilk dəfə Nyu-York ştatında qəbul edilib.

Qərarı təbiət mühafizəçiləri sevinclə qarşılasalar da, bəzi qruplar əks arqument irəli sürüblər. Qanunun əleyhidarlarının fikrincə, yaşlı insanlar pişiklərin əşyaları korlamasına dözmür və heyvanı azdırırlar. Bu da sahibsiz pişiklərin sayının artmasına səbəb olur. Digər tərəfdən, dırnağı olmayan pişiklər insanı dişləməyə meylli olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2308

Oxşar yazılar