Peruda tapılan üçbarmaqlı mumiyalar kimə aiddir?
02 fevral 2025 08:27 (UTC +04:00)

Peruda tapılan üçbarmaqlı mumiyalar kimə aiddir?

Alimlər Naska səhrasında tapılan üçbarmaqlı mumiyaların yad varlıqlara aid olduğunu iddia ediblər.

Lent.az xəbər verir ki, Peruda tapılan mumiyalar alimlər arasında mübahisələrə səbəb olub.

Bir qrup yadplanetlilərlə bağlı iddiaları əsassız adlandırarkən, digər bir qrup tədqiqatçı mumiyaların bioloji cəhətdən real olduğunu və onlardan birinin hətta hamilə olduğunu iddia edib.

Ölkənin ən məşhur bölgələrindən biri olan Naska səhrasında tapılan üçbarmaqlı mumiyalar bəzi elm adamları tərəfindən yadplanetlilər kimi qiymətləndirilir.

Bununla belə, bəzi ekspertlər mumiyaların qeyri-insani varlıqlara aid olması fikrini rədd edərək, yadplanetlilər iddiasının tam bir saxtakarlıq olduğunu iddia ediblər.

Meksika Donanmasının Tibb Departamentinin keçmiş direktoru Xose Zalce 21 mumiyalanmış cəsədi araşdırdığını və bunların 100 faiz bioloji orqanizm olduğunu deyib.

Mumiyaların yadplanetlilər olduğunu düşünən Zalce, DNT analizi və rentgen müayinəsi nəticəsində bəzi nümunələrin hamilə olduğunu belə təyin etdiklərini bildirib.

Qeyd edək ki, mumiyalar ilk dəfə 2023-cü ildə Meksika Konqresinə mübahisəli NUO tədqiqatçısı Jaime Maussan tərəfindən təqdim edilib.

Maussan bu canlıların yer üzündəki təkamül prosesinin bir parçası olmadığını və onların genetik quruluşunun 30 %-nin hələ də məlum olmadığını iddia edib.

Bəzi ekspertlər mumiyaların insana bənzər xüsusiyyətləri olduğunu, lakin üç barmağı, uzun kəllələri və üz cizgiləri ilə naməlum hominin növünə aid ola biləcəyini irəli sürürlər.

Digər tədqiqatçılar mumiyaların müasir yapışdırıcılarla birlikdə saxlanılan heyvan sümüklərindən hazırlanmış saxta artefaktlar olduğunu da söyləyirlər.

Araşdırma zamanı mumiyaların bəzi yerlərində qızıl, gümüş və kadmium kimi metallar olan polimetal lövhələr tapılıb. Mütəxəssislər qeyd edirlər ki, bu materiallar müasir peyk texnologiyasında istifadə olunur. Lakin bu implantların hansı məqsədlə yerləşdirildiyi hələ də bəlli deyil.

Peru hökuməti bildirib ki, mumiyaların mənşəyini müəyyən etmək üçün əlavə genetik və məhkəmə-tibb ekspertizasına ehtiyac var. Tədqiqatçılar yeni testlərin sirri həll edə biləcəyini düşünürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173

Oxşar yazılar

Təhlükəli günlər: fevralda heç nəyə başlamamaq  daha yaxşıdır

Təhlükəli günlər: fevralda heç nəyə başlamamaq daha yaxşıdır

1 fevral 2025 , 19:31
Pişiyinizin qocaldığını necə müəyyən etmək olar?

Pişiyinizin qocaldığını necə müəyyən etmək olar?

1 fevral 2025 , 19:14
Qəhvə beyinə necə təsir  edir? – Maraqlı araşdırma

Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma

1 fevral 2025 , 17:11
Nəhəng  kaktuslar adası

Nəhəng kaktuslar adası

1 fevral 2025 , 11:32
Fevral ayında bürcləri NƏLƏR GÖZLƏYİR?

Fevral ayında bürcləri NƏLƏR GÖZLƏYİR?

1 fevral 2025 , 08:43
Putinin dostunun  məşuqələri:   Qızlardan biri Bakıya da gəlib

Putinin dostunun məşuqələri: Qızlardan biri Bakıya da gəlib

31 yanvar 2025 , 19:59
Hər şeyi məhv edən HƏŞƏRAT

Hər şeyi məhv edən HƏŞƏRAT

31 yanvar 2025 , 19:20
 Mələklərin qoruduğu   yeganə BÜRC

Mələklərin qoruduğu yeganə BÜRC

31 yanvar 2025 , 18:41