Cənubi Afrika qitəsində, xüsusən Namibiya çöllərində bitən “öpüş çiçəyi” görənləri heyrətə salır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, çiçək açmamışdan öncə insan dodağına bənzəyən bu qəribə bitkinin elmi adı Conophytum pageadır.
Quraqlıq vaxtı ləçəklərini içəri çəkərək yetişdiyi ərazinin rəngi ilə kamuflyaj olan bitki yağış yağan kimi yenidən “oyanır”.
Floristlər onun toxumları üzərində işləyərək, daha maraqlı formalara salıblar.