Filippinin Paranyakke şəhərində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biri olan "Yer gözəli” iştirakçılarının mükafatlandırma mərasimi başa çatıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mükafatlandırma mərasimi “YouTube”da yayımlanıb.
Yarışda 76 ölkədən qızlar iştirak edib. Finalda, ənənəyə görə, dörd qalib seçilir - hər element üçün bir. Ən şərəfli titul “Yer gözəli” sayılır, lakin digər elementlərin də öz kraliçaları var - Hava, Od və Su.
Əvvəldən yarışın favoriti islandiyalı Hrafnhildur Haraldsdottir və amerikalı Bea Millan-Vindorski hesab olunurdu. Proqnozlar özünü doğruldub: ABŞ nümayəndəsi “Su gözəli” titulunu alıb, islandiyalı isə “Hava gözəli” olub. “Od gözəli” tituluna Perudan olan Niva Antezana layiq görülüb. Müsabiqənin ümumi qalibi və "Yer gözəli" titulunun sahibi Avstraliyadan olan 21 yaşlı Cessika Leyn olub.
Cessika Leyn “Yer gözəli” gözəllik müsabiqəsi tarixində birinci yeri tutan ilk avstraliyalıdır. O, Sanşayn-Kost =Universitetində jurnalistika və ədəbi yaradıcılıq təhsili alır.