Niyə təyyarədə yata bilmirik?
26 iyun 2024 19:33 (UTC +04:00)

Niyə təyyarədə yata bilmirik?

Bir çox insanın başqa nəqliyyat növünə (mümkünsə) üstünlük verərək təyyarədə uçmaqdan imtina etməsinin səbəblərindən biri də onların təyyarə oturacağında normal yata bilməmələridir.

Niyə oturarkən yatmaq bizim üçün çətindir?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, insan beyni yuxunun beş mərhələsindən keçir, sonuncusu sürətli göz hərəkəti və ya REM yuxusudur. Bütün yuxu dövrünün yalnız dörddə birini tutur və yuxuya getdikdən təxminən 70-90 dəqiqə sonra baş verir, lakin siz gecə bir neçə dəfə REM mərhələsindən keçirsiniz.

REM yuxusu zamanı beyin onurğa beyninə siqnallar göndərərək müvəqqəti əzələ iflicinə səbəb olur və nəticədə əzələ tonusu itir.

Oturaraq yatmalı olduğunuz təyyarədə qismən iflic və əzələ tonusunun itirilməsi nəticəsində kürək və boyun düz və dik vəziyyətdə qalmağı qeyri-mümkün edir.

Nəticədə, yuxuda olanın başı əyilir və bədəni "uyuşmağa" başlayır. Buna görə də təyyarədə yatmaq insana narahatlıq verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2736
avatar

Arzu Qurbanlı

Oxşar yazılar