Niyə qəhvəyə duz, istiot və kakao  əlavə edirlər? – Təəccüblənəcəksiniz
10 iyun 2024 18:56 (UTC +04:00)

Niyə qəhvəyə duz, istiot və kakao əlavə edirlər? – Təəccüblənəcəksiniz

Bir çoxumuz əksər hallarda kofeyə yalnız şəkər, darçın və süd əlavə edirik. Ancaq bir çox qəhvə sevərlərdən bəzən içkinin hazırlanması ilə bağlı inanılmaz dərəcədə maraqlı tövsiyələr eşidə bilərsiniz. 

Lent.az xəbər verir ki, içkinin keyfiyyətini yaxşılaşdırmaq üçün daha maraqlı komponentlərlə təqdim edilə bilər.

Bəs, qəhvəni hansı başqa məhsullarla təqdim etmək olar? 

Duz

Çoxları bunun bir növ səhv olduğunu düşünəcək. Ancaq bu məhsullardan biri məhz duzdur. Qəhvənin dadını duz ilə təsəvvür etmək çətindir. Amma bu, qəhvə sevərlər arasında çox məşhur bir üsuldur. Bir çimdik duz qəhvənin dadını inanılmaz dərəcədə möhtəşəm edə bilər. 

İstiot

Qara qəhvə üçün az miqdarda klassik qara bibər əlavə etmək məsləhətdir. Bu zaman qəhvə  öyrəşdiyimizdən bir az daha ədviyyatlı, zəngin və ətirli olacaq. Ancaq heç bir kəskinlik olmamalıdır.

Kakao

Bu seçim bir-birini əvəz edən dərin dad çalarlarını sevənlər üçün ideal üsuldur. Kakaonun zəngin, parlaq dadı var. Buna görə də, kakaonu bir fincan qəhvəyə rahatlıqla əlavə edə bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Sevinc Fərid

Oxşar yazılar