Nə üçün qonaq ev sahibi ilə eyni yatağa girirdi, yastıq əvəzi...
29 sentyabr 2022 19:36 (UTC +04:00)

Nə üçün qonaq ev sahibi ilə eyni yatağa girirdi, yastıq əvəzi...

Bu gün çarpayıda yatmaq heç kim üçün lüks sayılmır, əksinə kimsə yerə döşək atıb onun üstündə yatırsa, bunu ekzotika hesab edir. Amma bir zamanlar, başqa sözlə orta əsrlərdə çarpayı, ümumiyyətlə yataq otağı məsələsi insanlar üçün xəyaldan da yuxarıda dayanırdı.

Lent.az sizi maraqlı və təəəccübləndirən keçmişə səyahətə dəvət edir.

Böyük yazıçı Vilyam Şekspir ölümündən sonra bilirsinizmi nə ilə nsanları heyrətləndirmişdi? Ağlınıza əsərləri gəlməsin. O ayrıldığı həyat yoldaşına iki çarpayı vəsiyyət etmişdi və bu o dövr üçün heyrətamiz dərəcədə böyük sərvət hesab olunurdu. Məsələ tək çarpayı ilə bitmirdi, onun üstündə döşək quş tükündən yastıqlar, örtük olmalıydı.Bu isə heç də ucuz sayılmırdı. Bu isə ancaq zadəgan evlərinə mümkün idi.

Krallar harasa səfərə çıxanda arabalardan biri mütləq onların çarpayısını və yataqlarını daşıyırdı. Sadə insanlar yerə içinə saman doldurulmuş döşək atır, başlarının altına yonulmuş odun qoyurdular. Üstlərinə isə öz çuxalarını, paltolarını sərirdilər. Orta əsrlərdə bir keşişin əlyazmasında “gör kişilər nə günə qaldılar, necə zərifləşdilər ki, başlarının altına kötük yox,yastıq arzu edəsi oldular” yazırdı.

Kasıb ailələrdə hamı sobanın ətrafında yatırdı, rus evlərində soba üzəri palçıqla örtülmüş kürə kimi tikilirdi və onun üstündə də yatmaq olurdu. 

Zadəgan evlərində, saraylarda gündüzlər bal salonu kimi istifadə olunan zallarda kamin yandırılır, hamı yerə yataq atıb yatırdı. Yalnız kral və xanımı çarpayıda yer alırdı. Ən əziz qonaq da onlarla eyni yataqda yata bilərdi. Bu qayda varlı evlərində də beləydi. ər arvadın yatağında qonaq da onlarla birgə yatırdı. Digər otaqları qızdırmaq və ayrıca yataq otağı barədə düşünmək yox idi.

Zadəgan evlərində işləyən qulluqçular isə atların və ya heyvanların axurunda yatırdılar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29505
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar