Narkotik alveri ilə məşğul olan Cəbrayıl sakinləri saxlanılıb.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəbrayıl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum edilmişlər Şahlar Məmmədov və Gülşən Qasımova saxlanılıblar. Polis şöbəsində aparılan şəxsi axtarış zamanı G.Qasımovanın əlindəki çantadan 1 kiloqramdan artıq marixuana, 100 qramdan artıq metamfetamin, üzərindən isə heroin, Ş.Məmmədovdan da heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.