Messi Mayamidə 4 mülk alıb: Bir mənzildə hətta  maşınlar üçün lift   də var - FOTOLENT
03 iyul 2023 19:24 (UTC +04:00)

Messi Mayamidə 4 mülk alıb: Bir mənzildə hətta maşınlar üçün lift də var - FOTOLENT

Lionel Messi artıq Mayamidə yeni ev axtarır.
 
Lent.az bildirir ki, KİV-in məlumatına görə, “Qızıl top”un yeddiqat qalibi dəniz kənarındakı mənzilə göz dikib – təbii ki, ailəsinə görə.

Messi artıq Mayamidə 15 milyon funt sterlinq dəyərində geniş mülk portfelinə malikdir.

Buraya “Porsche Design Tower”də 440 kvadratmetrlik mənzil, Collins prospektindəki “Regalia Tower”in bütün doqquzuncu mərtəbəsi və yaxınlıqdakı “Trump Royale”də iki lüks mənzil daxildir. Messinin dörd mülkünün hamısı bir-birindən piyada gediləsi məsafədədir.
 
“Porsche Design Tower”, 7 milyon funt sterlinq

2019-cu ildə Messi 2017-ci ildə tamamlanan “Porsche Design Tower”də “Sanni-Ayls-Biç” göydələnində mənzil üçün 9 milyon dollar (7 milyon funt) ödəyib. Pəncərələrdən - okeana mənzərə açılır.

Ən təsir edici xüsusiyyət “Dezervator”, sizi və avtomobilinizi birbaşa evə aparan bənzərsiz bir liftdir.

Binanın şəxsi kinoteatr, qolf  və yarış simulyatoru üçün ayrılmış mərtəbəsi var. Əlavə olaraq 24 saat mühafizə, qızdırılan hovuz, idman zalı və spa-salon var.

Burada 20-yə yaxın milyarderin yaşadığı təxmin edilir
 
“Reqalia Tower”, 6 milyon funt sterlinq

Messi “Porsche Design Tower”qülləsindəki bir mənzili boşaltdıqdan iki il sonra, birincisindən bir neçə addım aralıda daha geniş əmlak üçün 6 milyon funt sterlinq ödəməklə sərvətini daha da artırıb.


 
"Reqalia" qülləsində cəmi 39 mənzil var. Bildirilir ki, Messi bütün doqquzuncu mərtəbəni alıb və ərazisi 550-dən çox kvadratdır. Mənzildə dörd yataq və bir neçə vanna otağı var. İtalyan mərməri, incə ağac növləri və min şüşə saxlaya bilən şərab soyuducusu da var.

Sakinlərin ixtiyarında altı hovuz, spa, fitness mərkəzi, yoqa studiyası, uşaq oyun otağı, mətbəx, aşpaz və şampan barı var.

Kirayə haqqı ayda 31.000 funt sterlinqdir.
 
“Trump Royale”, hər mənzil üçün 800.000 funt sterlinq

Həm də “Sərinliyin paytaxtı"nda,” Reqalia” qülləsindən bir neçə addım məsafədə “Trump Royale” yerləşir.

Messinin 40-cı və 43-cü mərtəbələrdə bu binada etdiyi iki alış-veriş haqqında az şey məlumdur.

Ancaq beşulduzlu otelin bütün imkanlarına malikdir. Bununla belə, onlarla bağlı daha az məxfilik var – bu o deməkdir ki, onlar həmişə daha çox investisiya kimi alınıb.


 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Oxşar yazılar