Məşhur dilotu barədə maraqlı faktlar -  Belə yaranıb
24 iyun 2024 13:51 (UTC +04:00)

Məşhur dilotu barədə maraqlı faktlar - Belə yaranıb

 Çox danışan adamlar haqqında  “elə bil dilotu yeyib” ifadəsi işlədilir. Bəs bu dilotu hansı otdur, onu niyə yeyirlər? Yenə xatırlatmaq istərdik ki, hər el deyiminin arxasında mütləq bir maraqlı bilgi və fakt yatır.

Lent.az “Belə yaranıb” rubrikasında məşhur dilotu barəsində məlumat verir.

Dilotu deyilən həmin bitkinin adı əslində bəngotudur. Bu zəhərli bitkini yeyən  heyvan və insanların  şüurunda qəribə bulanıqlıq və aktivləşmə müşahidə olunur.  Çünki bitkinin tərkibində güclü uyuşdurucu və alkaloid var.

Bəngotu yeyən adam dayanmadan gülür və danışır. Bu otla “zəhərlənmiş” heyvan isə  ora-bura qaçır, yerində dinc dura bilmir.

Hər zonada müxtəlif adlar qazanan bəngotunun böyük ehtimalla adı unudulduğuna görə elə sadəcə dilotu adı ilə yaddaşlara köçüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8520
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar