Brayan Avadis
26 mart 2022 16:33 (UTC +04:00)

Brayan Avadis

Məşhur bloger çətənə maqnatının evini aldı

"FaZe Rug" kimi tanınan məşhur videobloger Brayan Avadis Kaliforniyada 4,4 milyon dollara ev alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, daşınmaz əmlak əvvəl çətənə maqnatı Kodi Sedler ilə əlaqəli bir korporativ konsernə məxsus olub.

Yeni ev almadan əvvəl Avadis 2020-ci ilin iyununda 4,2 milyon dollara aldığı San-Dieqodakı başqa bir mülkündə yaşayıb. O, orada bir ildən az yaşayıb və 2021-ci ilin aprelində obyekti 4,5 milyona satıb – blogerin sözlərinə görə, tək yaşamağı xoşlamayıb.

Əmlakı satdıqdan sonra o, anası və atası ilə Poveydə köçüb və sonra valideynlərinin yaşadığı küçədə ayrıca ev tapıb.

Avadis əmlak üçün təxminən yarım milyon dollar çox pul ödəyib. 622,4 kvadratmetr sahəsi olan ikimərtəbəli malikanədə altı yataq otağı, beş vanna otağı və ayrıca ayaqyolu var. Birinci mərtəbədə qonaqlar üçün əlavə yataq və vanna otağı mövcuddur. Malikanədə eyni zamanda qonaq otağı, yemək otağı və kaminli salon, səhər yeməyi guşəsi, habelə mətbəx də daxildir.

Sahibinin otaqları ikinci mərtəbədədir, bura səhər barı, lodjiya, iki soyunma otağı və şüşəli duşlu geniş vanna otağı ilə tamamlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2127
avatar

Oxşar yazılar