Avropa Kosmik Agentliyinin (ESA) “BepiColombo” missiyası Günəş sisteminin ən içdəki planeti olan Merkurinin ilk fotoşəkillərini Yerə göndərib.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, kosmik gəmi görüntünü planetin üzərindən keçdikdən qısa müddət sonra 200 kilometr yüksəklikdən çəkib. İlk ağ-qara fotoşəkillər paylaşıldıqdan sonra, ESA-nın önümüzdəki günlərdə daha çox görüntü yayımlayacağı gözlənilir.