Maraqlı  qaşqabaq çempionatı   keçirildi  -VİDEO
27 sentyabr 2024 18:54 (UTC +04:00)

Maraqlı qaşqabaq çempionatı keçirildi -VİDEO

Britaniyanın Eqremont şəhərində 1267-ci ildən bəri qeyri-adi gurning yarışı keçirilir. Gurning siftin mimikasını qəsdən ə sürətlə eybəcərləşdirmək deməkdir.

Lent.az-ın xəbərinə görə, Böyük Britaniyada kimin ən gülməli sifət yarada biləcəyini görmək üçün hər il festival təşkil olunur.

Bu ilki qaşqabaq çempionatında hakimlər artıq qalibləri müəyyən ediblər. Kişilər kateqoriyasında 52 yaşlı Tommy Mattinson çətin rəqabəti üstələyərək 19-cu dəfə qalib gəlib. 37 yaşlı Kler Lister də qadınlar kateqoriyasında ardıcıl səkkizinci dəfə qalib olub.

Müsabiqənin qaydalarına görə, iştirakçılar böyük bir at yüyəni taxmalı və sonra mümkün qədər tez  mimikalarını dəyişməlidirlər.

Rəvayətə görə, 1267-ci ildə Egremont Crab Yarmarkasında artıq almaların yerli sakinlərə paylanması qərara alındı. Meyvələr yabanı və turş olduğuna görə, onları yeyənlərin hamısı üzlərini turşudurdular. Hamı bir-birinə baxıb gülürdü və beləcə bu festivalın əsası qoyuldu.

2024-cü ildə qeyri-adi və qədim bayramın 756 yaşı tamam oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar