Böyük Britaniyada “EuroMillions” lotereyasının adı açıqlanmayan iştirakçısı 177 milyon funt sterlinq (383 milyon manat) udub.
Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, naməlum şəxs 7, 11, 25, 31 və 40 uduş kombinasiyası olan çərşənbə axşamı, noyabrın 26-da baş tutan tiraj zamanı multimilyonçu olub.
177 milyon funt sterlinqlik cekpot Böyük Britaniya lotereya tarixində üçüncü ən böyük cekpot olub. Bununla belə, qalibin anonim qalmaq hüququ var.