Klinik ölüm şüurunu dəyişdirdi  - Gördüklərini danışdı
17 aprel 2026 07:36 (UTC +04:00)

Klinik ölüm şüurunu dəyişdirdi - Gördüklərini danışdı

0

Ötən ilin aprel ayında ürəyi dayanan Rubi Rolge həkimlərin ən pessimist proqnozlarına baxmayaraq, orqanizminin bütün funksiyalarını bərpa edə bilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onun hekayəsi həyat və ölüm arasındakı sərhədlərlə bağlı ənənəvi təsəvvürləri sarsıdır. 24 yaşlı gənc qadın bildirir ki, 10 dəqiqəlik kliniki ölüm zamanı o, sanki gələcəyin daha inkişaf etmiş dünyasında 5 il yaşayıb. Rubi bu təcrübəni insan şüurunun yalnız bioloji çərçivələrlə məhdudlaşmadığının sübutu kimi qiymətləndirir.

Ağır diaqnoz və ümidsiz proqnozlar

Hadisə 2025-ci ilin aprelində baş verib. Həmin vaxt Rubi həm ailə qurmağa hazırlaşır, həm də tibbi təhsilini başa vururdu. Qəfil ətrafların iflici və tənəffüs problemləri onu xəstəxanaya aparıb. Həkimlər onda ağciyər arteriyasının kütləvi tromboemboliyasını aşkarlayıblar.

Vəziyyət sürətlə ağırlaşıb:

Qanda oksigen səviyyəsi 65 faizə düşüb, rək iki dəfə dayanıb, ikinci dayanma 10 dəqiqədən çox davam edib. Göz bəbəkləri xarici təsirlərə reaksiya verməyib

Həkimlər beyin ölümünü qeydə alaraq, yaxınlarına demək olar ki, heç bir ümid qoymayıblar.

“Gələcəkdə keçən 5 il”

Reanimasiya zamanı Rubinin sözlərinə görə, onun şüuru fərqli bir zaman xəttinə keçib. O iddia edir ki, 2025–2030-cu illər arasında alternativ reallıqda tam bir həyat yaşayıb.

Onun təsvirinə görə, həmin gələcək dünyası belə olub: Texnologiya gündəlik işləri tam avtomatlaşdırıb, insanlar mobil cihazlardan asılılıqdan qurtulub. Boş vaxt daha çox ünsiyyət və mənəvi inkişaf üçün istifadə olunub, cəmiyyət daha sakit və sülhpərvər olub.

Rubi həmin reallıqda hücuma məruz qaldığını, daha sonra qorxu dolu bir tuneldən keçərək öz bədəninə qayıtdığını deyir.

Komadan sonra möcüzəvi sağalma

Bir aylıq komadan sonra Rubi ayılıb. Həkimlərin gözləntilərinin əksinə olaraq, o, nə iflic, nə də ciddi yaddaş pozuntuları ilə üzləşməyib və tam bərpa olunub.

Onun üçün ən çətin an yaxınları ilə yenidən görüşmək olub. Çünki yaddaşında onlar 5 il daha yaşlı kimi qalıbmış və birdən-birə onları əvvəlki vəziyyətdə görmək psixoloji baxımdan ağır təsir edib.

Hazırda Rubi Rolge baş verənləri faciə kimi deyil, mənəvi təcrübə kimi qiymətləndirir. O hesab edir ki, ölüm son deyil, sadəcə fərqli bir varlıq vəziyyətinə keçiddir. Burada zaman və məkan tamam başqa qaydalarla işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar