Kişi boynuna dolanmış piton ilanı dişləyib sağ qaldı
25 avqust 2023 19:49 (UTC +04:00)

Kişi boynuna dolanmış piton ilanı dişləyib sağ qaldı

Tailandda 68 yaşlı kişi boynuna dolanmış 3 metrlik piton ilanı dişləyərək öz həyatını qurtara bilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Samutprakan vilayətində yaşayan Sarayut Malaçan onu öldürməyə çalışan ilanın quyruğunu dişləyib.

Quyruğu dişlənən ilan dərhal kişinin boynundan açılıb. O qaçmağa çalışsa da, Malaçan onu buraxmayıb, sürüyərək polis idarəsinə gətirib. Könüllülər ilana ilk yardım etdikdən sonra yenidən meşəyə buraxıblar.

İlandan sonra tibbi yardım növbəsi Malaçana çatıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4330

Oxşar yazılar