ABŞ-ın Missuri ştatının sakini istirahət günündə işə gedən kişi lotereyada 1 milyon dollar udub.
Lent.az xarici mediaya istinadla bildirir ki, kişinin sözlərinə görə, məzuniyyətdə olarkən iş yoldaşları ona zəng edib. Onlar köməyə ehtiyac duyduqlarını deyərək onu növbəyə çağırıblar. Yolda kişi yanacaqdoldurma məntəqəsində dayanmalı olub. Eyni zamanda o, mağazaya gedib. Mağazada kişi bir neçə lotereya bileti alıb.
Daha sonra onların üzərindəki qoruyucu təbəqəni silib və biletlərdən biri qalib olub.
Kişi əvvəlcə buna inana bilməyib və arvadına zəng edib. O da gözlərinə inana bilməyib və bunun real olduğunu yalnız pulu almaq üçün lotereya ofisinə gələndə anlayıb.