“Instagram”da yenilik - Profilinizə mahnı əlavə edə biləcəksiniz
24 avqust 2024 01:52 (UTC +04:00)

“Instagram”da yenilik - Profilinizə mahnı əlavə edə biləcəksiniz

“Instagram”, nəhayət ki, istifadəçilərin profillərinə musiqi əlavə etmək imkanını elan etdi.

Lent.az xəbər verir ki, bu yeniləmə insanlara 1999-2000-ci illərdə istifadə edilən “MSN” və “Myspace” kimi proqramları xatırladır.

Sosial medianın aparıcı foto və video paylaşma proqramı olan “Instagram”a yeni bir xüsusiyyət əlavə edilib. Bundan sonra istifadəçilər proqram profillərinə mahnılar əlavə edə biləcəklər.

Bunun üçün profilin redaktə səhifəsinə keçib redaktə səhifəsində "Mahnı əlavə et" düyməsinin üzərinə klikləmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1945

Oxşar yazılar