Alimlər bütün dünyada çoxlu qədim ayaqqabılar, o cümlədən İspaniyada 6200 illik ot sandallar və Missuridə 8300 illik ayaqqabılar aşkar ediblər.
Lent.az xəbər verir ki, alimləri maraqlandıran sual odur ki, bəs əslində insanlar ayaqqabını nə zaman icad ediblər?
Bu suala cavab vermək çətindir, çünki heyvan dəriləri, bitki lifləri və ayaqqabı hazırlamaq üçün istifadə edilən digər materiallar zamanla xarab olur. Bilinən ən qədim ayaqqabıların 10.000 ildən çox yaşı var, lakin daşlaşmış ayaq izləri onu göstərir ki, atalarımız onları daha əvvəl geymiş ola bilər.
Oreqon Universitetinin Təbiət və Mədəniyyət Tarixi Muzeyinin arxeoloji tədqiqat direktoru Tomas Konollinin dediyinə görə, ən qədim ayaqqabı tədqiqatçıların Oreqonun mərkəzindəki Fort Rock mağarasında tapdıqları 10,400 illik sandal cütüdür.
1938-ci ildə Fort Rok Mağarasında qazıntılara başlayan arxeoloqlar ağac qabığından və digər liflərdən toxunmuş onlarla sandal aşkar etmişlər.
Bu nümunələr bilinən ən qədim ayaqqabı olsa da, insanların ayaqqabıları daha əvvəl icad etdiyinə dair sübutlar da var. Məsələn 2023-cü ildə edilən bir araşdırmaya görə, Cənubi Afrikadakı bir çimərlikdəki fosil izləri təxminən 150.000 il əvvələ aid ayaqqabı izləri ola bilər.
Arxeoloqlar Bavariyadakı qədim hərbi qala yaxınlığında 2000 illik Roma sandalının qalıqlarını aşkar ediblər.
Beləliklə insan oğlunun əslində nə zaman ayaqqabını icad etdiyi böyük bir sual olaraq qalır.