İnsana donuz ürəyi   köçürüldü: DÜNYADA İLK - VİDEO
11 yanvar 2022 11:10 (UTC +04:00)

İnsana donuz ürəyi köçürüldü: DÜNYADA İLK - VİDEO

ABŞ-ın Merlin ştatının Tibb Universitetinin əməkdaşları tərəfindən ilk dəfə insana geni dəyişdirilmiş donuz ürəyi köçürülüb. 

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Devid Benet adlı şəxs uzun müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkirmiş. 

Bennet  bu və ya digər tibb mərkəzlərində müayinə olunsa da, onun yaşama şansı sıfıra bərabər olub.

Buna baxmayaraq, universitetin əməkdaşları 57 yaşlı pasiyentə geni dəyişdirilmiş donuz ürəyi qoyublar.

3 gündür əməliyyat olunan xəstə özünü yaxşı hiss edir.  


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4866
avatar

Sevinc Fərid

Oxşar yazılar