Bir maltalı ilə mübahisə edəcəksənsə, onu inandırmağın mümkün olmadığını unutma. Yəqin ki, Maltaya yolu düşənlər söhbətin nədən getdiyini bildi.
Lent.az xarici mediaya istinad edərək xəbər verir ki, bu ölkənin yerli sakinlər iddialarını sübut edənədək saatlarla müzakirə aparmağı sevirlər.
Fərqi yoxdur, mövzu hansı sahədən olsun - siyasət, idman... - hər şey haqqında!
Orada olmuş turistlərin əksəriyyəti maltalıların bu çılğınlığına - hər zaman və hər şey haqda mübahisə etmək istəklərinə Aralıq dənizinin “isti nəfəsi”nin təsir etdiyini düşünürlər.