“İsrail dövləti cinlərdən casusluq kimi istifadə edir”.
Lent.az xəbər verir ki, bunu livanlı imamlardan biri iddia edib.
Onun sözlərinə görə, israillilərin gizli ordusuna cinlər də daxildir. Höccətül-islam (Ayətullahla birlikdə şiə dini titullarından biri) Mustafa Kərəmi İsrailin cinlərdən ibarət ordusunu öz xidmətinə verdiyini iddia edir:
“Sionistlərin cinləri əsarət altına alma tarixini nəzərə alsaq, cinlər onların gizli ordusudur və bir çox missiyaları yerinə yetirirlər”.
Bu “sensasiyalı” məlumatın nəyə əsaslandığı isə məlum deyil.