İlon Mask qızının adını dəyişdirib “Niyə” qoydu 
28 mart 2023 16:17 (UTC +04:00)

İlon Mask qızının adını dəyişdirib “Niyə” qoydu 

Dünyanın ən varlı adamı olan İlon Mask və keçmiş sevgilisi müğənni Qrayms keçən il doğulan qızlarının adını dəyişdirib. 

Lent.az xəbər verir ki, bu barədə Mask “Twitter”də şəxsi hesabında açıqlama verib. 

O, bildirib ki, qızının adını “Why”(Niyə) olaraq dəyişdiriblər və onu qısaca “Y” deyə çağırırlar. Mask qızının adının “maraq, sonsuz sual” mənasını verdiyini deyib. O qızına  daha əvvəl “Exa Dark Siderael Musk” adını qoymuşdu. 

Qrayms qızının əvvəlki adını kompüter termini olan “exaFLOPS”a istinad edərək qoyduqlarını açıqlamışdı. 

Qeyd edək ki, cütlüyün iki yaşlı oğlu da var. Ona isə əvvəl “X Æ A-12” adını vermişdilər. Amma Kaliforniya qanunları adda rəqəmlərə icazə vermədiyi üçün onu "X Æ A-Xii" olaraq dəyişdirmişdilər. 
 

# 3516
avatar

Sevinc Fərid

Oxşar yazılar

93 gün su altında qaldı, 10 yaş cavanlaşdı

93 gün su altında qaldı, 10 yaş cavanlaşdı

8 iyun 2023 , 10:11
Dünyanın ən böyük tortu -FOTO

Dünyanın ən böyük tortu -FOTO

8 iyun 2023 , 09:26
Qadın 2 ay fərqlə cekpot uddu

Qadın 2 ay fərqlə cekpot uddu

8 iyun 2023 , 07:31
Bu da meymun gülü-FOTO

Bu da meymun gülü-FOTO

8 iyun 2023 , 04:01
Skolioz xəstəsi köpəkbalığı-VİDEO

Skolioz xəstəsi köpəkbalığı-VİDEO

8 iyun 2023 , 01:46
 Pivəli dondurma   buraxıldı

Pivəli dondurma buraxıldı

8 iyun 2023 , 01:08
Möhtəşəm foto üçün  ilan tutdu:   Başına görün nə gəldi

Möhtəşəm foto üçün ilan tutdu: Başına görün nə gəldi

8 iyun 2023 , 00:55
İntihar etməyə QADAĞA QOYDU: Bunu  "sosializmə xəyanət"   adlandırdı

İntihar etməyə QADAĞA QOYDU: Bunu "sosializmə xəyanət" adlandırdı

8 iyun 2023 , 00:29