Richard Hernandez
25 sentyabr 2021 16:42 (UTC +04:00)

Richard Hernandez

İlana bənzəmək üçün indi də cinsi orqanını kəsdirəcək - FOTOLENT

150 min manat xərcləyərək özünü ilana oxşatmaq istəyən adam indi də cinsi orqanını kəsdirmək qərarına gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində yaşayan Riçard Hernandez bir müddətdir hormon müalicəsi qəbul etdiyini deyib.

Qedyd edək ki, illərlə bank müdiri işləyən Richard Hernandez bir anda həyatını dəyişdirmək qərarına gəlib.

Qulaqlarını kəsdirən, dilini ikiyə böldürən şəxs eyni zamanda 6 dişini çəkdirərək, gözünün içininin rəngini də yaşıla boyatdırıb.

İlan kimi görünmək üçün başının üstünə də 18 buynuz qoyduran R.Hernandez qulağı ilə burunun arasında olan sümükləri də əməliyyatla çıxartdırıb.

İlana bənzəmək istəyən şəxs "Harry Potter"in "Voldemort" obrazından sonra bu qərarı verdiyini açıqlayıb və bildirib ki, 2025-ci ilə qədər dəyişimini bitirəcək.

"Voldemort" obrazı

# 9294
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar